Satış üzrə menecer (inşaat-tikinti üzrə)

Vəzifə funksiyaları

a) Korporativ və fərdi müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq məhsul və xidmətlər haqqında məlumat vermək
b) Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
c) Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
d) Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
e) Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi

Tələb olunan Professional Keyfiyyətlər

a) Ali təhsil: marketing üzrə olanlara üstünlük verilir
b) Dil bacarıqları: Azərbaycan, Rus
c) MS Office proqramlarını mükəmməl bilmək
d) Satış və marketing üzrə minimum 3 il təcrübə
e) Soyuq satışların aparılmasında təcrübə
f) Müştəri yönümlü xidmət

Tələb olunan Fərdi Keyfiyyətlər

a) Özünə inam və əminlik 
b) Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
c) Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
d) Yaxşı idarəçilik və planlaşdırma bacarıqları 
e) Müstəqil işləmə bacarığı

Əmək haqqı: 1000-1500 AZN (net)+bonus

Maraqlanan namizədlərdən öz cv-lərini hr@kontinent.az ünvanına göndərmələri xahiş olunur.

Maliyyə direktoru

Funksiyaları

 Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
 Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
 Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
 Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
 Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinin idarə olunması;
 Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
 Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin etmək;
 Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil və icrasına nəzarət etmək;
 Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək;
 Vəzifə təlimatlarına və maliyyə departamentinin hədəflərinə əsaslanaraq işçilərin performanslarını qiymətləndirmək;
 Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik;
 Maliyyə planının hazırlanmasını və yerinə yetirilməsini təşkil etmək;
 Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlanmasını idarə etmək;
 Yeni proqram təminatlarının implementasiyası və ya mövcud proqramın işlək olmasının təmin etmək;
 Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
 Müstəqil auditorlara iş əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək;
 Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları yerinə yetimək;

Vəzifəyə olan tələblər

 Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
 Təcrübə: Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı;
 Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı;
 Elektron Maliyyə programları bilik və işlətmə bacarıqı;
 İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
 ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmalı;
 Dil biliyi: Azərbaycan, Rus, İngilis.

Digər şərtlər

 Əmək haqqı 5000-7000 azn (net)

Bilməlidir

 Rəhbərliyin qərar, sərəncam və əmrlərini;
 Mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
 Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
 Müəssisənin strukturunu, onun prespektiv inkişafını;
 Mühasibat uçotunun müəssisələrdə təşkilini;
 Maliyyə hesablarının forma və qaydalarını;
 Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
 Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
 Debitor və kreditorlarla hesablaşma qaydalarını;
 Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
 Yoxlanış və sənədli təftişin qaydalarını;
 Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
 İqtisadiyyatın əsaslarını, istehsalın, əməyin və idarəetmənin təşkilini;
 Mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
 Əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Maraqlanan namizədlərdən öz cv-lərini hr@kontinent.az ünvanına göndərmələri xahiş olunur.

Planlama üzrə mühəndis

Funksiyaları

 Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
 Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Lahiyə Rəhbərinə ötürülməsi;
 Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
 Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
 Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
 Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq;
 Gecikən işlərin yenidən planlanması;
 Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət.

Vəzifəyə olan tələblər

 Təhsil: müvafiq sahə üzrə ali təhsil.
 Təcrübə: müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı.
 Kompyuter biliyi: Word, Excel,MS Project, Primavera və İnternetdə işləmə bacarığı.
 İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan və ingilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir

 Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
 layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
 smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
 iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını;
 əmək qanunvericiliyinin əsaslarını;
 əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Ə/h: 2000-2500 AZN (müsahibə nəticəsindən asılı olaraq müəyyənləşdiriləcəkdir)

Müraciət etmək üçün başlıqda “Planlama üzrə mühəndis” qeyd edib hr@kontinent.az ünvanına göndərməyiniz xahiş olunur.