Memarlıq
xidməti

İnnovasiya – memarlıq təcrübəmizin mərkəzində dayanır. Beləliklə, biz hər bir tikili sayəsində müştərilərimizlə tərəfdaşlığı inkişaf etdirmiş, yeni düşüncə tərzini təlqin etməyə və mürəkkəb tikililərdə belə uğurlu memarlıq irsi yaratmağa nail olmuşuq.

Hədəfimiz müştərilərin tələblərinə cavab verəcək tikililər inşa etməkdir. Biz təkmilləşdirilmiş memarlıq üsullarını və sıx komanda işini birləşdirərək mükəmməl nəticə əldə etməyə yönəlirik. Memar və mühəndislərimizin təklif etdiyi ən unikal həllər sayəsində müştərilərimizin məmnuniyyətini qazanmağa səy göstəririk.

İnşaat
xidməti

Tikinti şöbəmiz xüsusilə infrastruktur, müdafiə qurğuları, qarışıq istifadə, kommersiya və yaşayış sektorlarında layihələrin idarə olunmasını həyata keçirir. Uğurlu tikinti layihəsi düzgün müşahidədən asılıdır. Tikintinin yoxlanılması və müşahidəsi üzrə heyətimiz davamlı olaraq podratçıları yoxlayır, təkmilləşdirir və nəzarət edir, həmçinin layihənizin təhlükəsiz və peşəkarcasına tamamlanmasını təmin edir.

Layihələrin idarə
olunması

“Kontinent İnşaat” tikinti şirkətinin layihənin idarə olunması üzrə heyəti tikinti işinin ağır, irimiqyaslı, kiçikmiqyaslı, mürəkkəb və ya sadə olmasından asılı olmayaraq layihənin tam qaydasında,vaxtında və büdcəniz çərçivəsində həyata keçirilməsini təmin edəcəkdir.

“Kontinent İnşaat”da biz layihənin hədəflərinə, eləcə də keyfiyyətin, xərclərin və vaxtın idarə olunmasına nail olmaq üçün dizayn, planlaşdırma, icra və tikintidən sonrakı mərhələlər daxil olmaqla tikinti işlərində layihələrin effektiv şəkildə idarə olunması metodlarından istifadə edirik.

MEP
xidməti

Texnopark
xidməti

Laboratoriya
xidməti