Təhlükəsiz və sağlam istehsalat şərtlərini inkişaf etdirmək “Kontinent İnşaat” MMC-nin siyasətidir və həmçinin qəzalara yol verməmək, insanlara xəsarət yetirməmək və ətraf  mühitə ziyan vurmamaq barədə aydın öhdəlik götürmüşdür.

“Kontinent İnşaat” MMC-nin bu məqsədlərə nail olmaq üçün təbii ətraf mühiti qorumaq, habelə öz əməkdaşlarının və fəaliyyət göstərdiyi sahələrdəki işçi qüvvəsinin əmək təhlükəsizliyini təmin etmək əzmindədir.

“Kontinent İnşaat” MMC aşağıdakılarla bağlı tam öhdəlik götürür:

  • Sağlamlıq, Əməyin Mühafizəsi, Ətraf Mühitin təhlükəsizliyi sahəsində şücayət göstərmək və biznes fəaliyyətini etibarlı şəkildə nümayiş etdirmək;
  • Təkcə sağlamlıq və təhlükəsizlik qanunvericiliyini yerinə yetirməklə deyil, həmçinin hər hansı zərərçəkmənin fəaliyyətinin bərpasına və itkinin qabağını almaqda məsuliyyətlə hərəkət etmək və “Kontinent İnşaat” MMC-nin rəhbərliyinin “Sağlamlıq, təhlükəsizlik, ətraf mühitin qorunması” üzrə bəyanat proqramını yerinə yetirmək;
  • Təhlükəsiz iş praktikaları ekoloji faktorların lazımi müzakirəsi ilə bilavasitə tam effektivliyə və bizim biznesimizin müvəffəqiyyətinə öz tövhəsini verdiyini nəzərə alaraq,Sağlamlığın, Təhlükəsizliyin və Ekoloji Problemlərin başqa layihə məqsədləri ilə eyni statusda saxlamaq ;
  • Təhlükəsizlik əməliyyatların istənilən əməliyyatın müvəffəqiyyətinin əsası olduğunu nəzərə alaraq təhlükələrin aradan qaldırılması planını həyata keçirmək və zəruri profilaktik tədbirləri möhkəmləndirmək və həmçinin hər hansı bir hadisə baş verərsə fövqəladə tədbirlər planını yerinə yetirmək;
  • Əməkdaşları, ətraf mühiti, birgə işlədiyimiz insanları əmlakını xəsarət, itki və ziyanla bağlı risklərdən qorumaq və əməliyyatlar üzrə cavabdeh şəxslərin əməyin təhlükəsizliyi üçün tam məsuliyyət daşımasını təmin etmək.
  • SƏTƏMM üzrə illik məqsəd və hədəfləri, habelə idarəetmə proqramlarını müəyyən etmək və icraat haqqında məlumat vermək;
  • Ətraf mühitin çirklənməsinin qarşısını almaq, fövqəladə hallara qarşı cavabdeh tədbirləri üçün plan və resursları təmin etmək, habelə fövqəladə halları idarə etmək;
  • SƏTƏMM üzrə iş icrasını qabaqçıl təcrübədən bəhrələnərək və səhvlərdən nəticə çıxarmaq yolu ilə davamlı surətdə təkmilləşdirmək;

Şirkətimizin rəhbərliyi SƏTƏMM İdarəetmə Sistemini hərtərəfli dəstəkləməklə, onun effektivliyini ən ciddi tələblərə uyğun olaraq daim artırmaq öhdəliyini üzərinə götürmüşdür.

 

Şirkətimizin hazırki SƏTƏMM Siyasətinin fəaliyyətimizin ana xətti və başlıca istiqaməti olmasını bəyan edir!

safety-first-vector-2830459