17 sentyabr 2019-cu il tarixində, Bakı şəhərində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində “PMD Projects” MMC-nin sifarişi əsasında “Kontinent İnşaat” MMC tərəfindən tikilməsi nəzərdə tutulan "Zefir Mall" ticarət mərkəzinin təməl tökmə mərasimi keçirilmişdir.

     "Zefir Mall" ticarət mərkəzi Yasamal Yaşayış Kompleksinin və şəhərin bu ərazisində yaşayan sakinlərin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. Ümumi sahəsi 11,6 hektar olan Kompleksdə "Zefir Mall" 6500 kvadrat metr sahəsi, öz minimalist və modern xarici dizaynı ilə xüsusilə seçiləcək və zövq oxşayacaq. Həmçinin ziyarətçilərin rahatlığının təmin olunması üçün fərqli brendlərin məhsulları təqdim olunacaq. Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.